



Linkin Park


Üç məktəb yoldaşı – Mike Shinoda, Brad Delson və Rob Bourdon yeni bir qrupun – Linkin Parkın əsasını qoydular. Orta məktəbi qurtardıqdan sonra Kaliforniyanın bu gəncləri musiqiyə olan ciddi münasibətlərini nəzərə alaraq, qrupa yenilik gətirmək və möhkəmləndirmək üçün Joe Hahn, Dave "Phoenix" Farrell və Mark Wakefieldi dəvət etdilər və qrupu “Xero” adlandırdılar. Maliyyə çətinliklərinin olmasına baxmayaraq, qrup 1996-cı ildə Shinodanın yataq otağında ilk mahnılarını hazırlamağa başladı. Lakin səsyazma prosesinin çətinliyi qrupun sonrakı fəaliyyətini ciddi şübhə altında aldı. Müvəffəqiyyətin azlığı və maddi çatışmamazlıqların artması ilə ilk olaraq qrupu vocalist Wakefield tərk etdi. Daha sonra Farrell də qrupdan ayrılaraq Tasty Snax ilə birlikdə konsert səfərlərinə çıxmağa başladı.
Wakefieldin əvəzinə yeni vokalistin tapılmasına lazımi qədər vaxt sərf etdikdən sonra, Xero (Linkin Parkın ilk adı məhz belə adlandırılırdı.) tərkibinə 1999-cu ilin mart ayında Arizonalı Chester Benningtonu və “Zomba Music”in vitse prezidenti Jeff Blueni dəvət etdi.
Şəxsi heyətin tamamlanması ilə “Xero” “Hybrid Theory”ə dəyişdirildi. Benningtonun vocalist kimi fəaliyyətə başlaması ilə qrup yenidən canlanmağa başladı. Qısa vaxt ərzində, qrup adını “Hybrid Theory”dən Linkin Parka dəyişdi. Bu Santa Monicanın “Linkoln Park”ının adından götürülmüşdür. Bütün bu dəyişikliklərin çətinliyinə baxmayaraq qrup var gücü ilə studiyalarda səsyazma işlərinə başladı.
Sektor: Rockband
Rockband: Linkin Park
Imza: Mc Eyz_(Z)
Son Mövzular
Son Rock_Solo
Son FL Studio Track
Son Rockband

